Müdafiə sənayesi istehsalçısı “Northrop Grumman” qanadlı raketlər və pilotsuz uçuş sistemlərinin cəlb olunduğu genişmiqyaslı hava hücumlarının artan təhlükəsinə qarşı çıxmaq üçün nəzərdə tutulmuş yeni Top Əsaslı Hava Hücumundan Müdafiə (HHM) sisteminin inkişaf etdirildiyini açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Northrop Grumman”ın açıqlamasında bildirilib.
Hərbi ekspertlərin fikrincə, gələcək qarşıdurmaların daha öncə təhlükəsiz olan bazaları və kritik infrastrukturları hədəf alan daha böyük basqın ölçülərinə sahib olması gözlənilir.
Bu səbəbdən də Top Əsaslı HHM sistemlərinin bu kütləvi hava təhdidlərinə qarşı miqyaslı, sərfəli və çevik müdafiə təmin edə biləcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
NorthropGrumman
HHM