Misir İsrailin Qəzzada müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmədiyini bildirib

2024/08/1723274931.jpg
Oxunub: 310     11:19     10 Avqust 2024    
Misir İsrailin Qəzzada müharibəni sonlandırmaq üçün siyasi iradə nümayiş etdirmədiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"İsrailin silahsız fələstinliləri qəsdən öldürməsi Qəzzada müharibəyə son qoymaq üçün siyasi iradəsinin olmadığını göstərir", - bəyanatda qeyd olunub.

Misir Xarici İşlər Nazirliyinin bu bəyanatı İsrailin Qəzzada köçkünlərin sığındığı məktəbə endirdiyi zərbədən sonra verilib.

Fələstinin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, bu zərbə nəticəsində 100-dən çox fələstinli həlak olub və onlarla fələstinli yaralanıb. İsrail ordusu isə HAMAS-ın komanda mərkəzini vurduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin