Pilotsuz təyyarələr Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromunu vurub

2024/08/1723263243.jpg
Oxunub: 335     05:26     10 Avqust 2024    
Suriyada yerləşən ABŞ hərbi qüvvələrinin aviabazasına pilotsuz təyyarə ilə hücum edilib.

Ordu.az xəbər verir ki, “əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Harrab əl-Cairdəki hərbi obyektdə bir neçə partlayış baş verib və yanğın başlayıb.

ABŞ hərbçiləri arasında itki olub-olmadığı ilə bağlı isə hələlik heç bir məlumat yoxdur. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” qruplaşması öz üzərinə götürüb.

Qruplaşma əməliyyatları ABŞ-ın dəstəklədiyi İsrail rejiminin fələstinlilərə qarşı təcavüzünə cavab olaraq həyata keçirdiklərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ABŞ   Hərbi-aerodrom  


Bizi "telegram"da izləyin