Ordu.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin jurnalistlərə yaydığı məlumatda deyilir.
"Bizim özümüzü müdafiə etmək üçün qanuni hüququmuz var. Bu, Qəzzada atəşkəslə tamamilə əlaqəsi olmayan bir məsələdir. Bununla belə, ümid edirik ki, cavabımız vaxtında olacaq və potensial atəşkəsə xələl gətirməyəcək şəkildə həyata keçiriləcək", - deyə mətndə qeyd edilir.
Məlumatda həmçinin vurğulanır ki, İranın prioriteti Qəzzada daimi atəşkəsin əldə olunmasıdır və HƏMAS-ın qəbul etdiyi istənilən razılaşma İran tərəfindən tanınacaq.
Ordu.az