Pakistan Banqladeşdə aksiyalarda iştirakı ilə bağlı iddiaları təkzib edib

2024/08/1723262736.jpg
Oxunub: 234     02:09     10 Avqust 2024    
Pakistan Banqladeşin Baş naziri Şeyx Hasinanın ölkədəki kütləvi etirazlar və iğtişaşlar fonunda hakimiyyətdən uzaqlaşdırılmasında iştirak etmir.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Pakistanın Banqladeşlə münasibətləri konstruktiv dialoq və əməkdaşlığa əsaslanır. Biz Banqladeşdəki siyasi vəziyyətin tezliklə həllinə və iğtişaşlara son qoyulmasına, həmçinin bu ölkədə sabitliyin bərpasına ümid edirik", - M.Zəhra bildirib.

Bəluç qeyd edib ki, Hindistanın Şeyx Hasinanın hakimiyyətdən kənarlaşdırılmasında İslamabadın iştirakı ilə bağlı iddiaları əsassız və həqiqətə uyğun deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Banqladeş  


Bizi "telegram"da izləyin