Ermənistan polisi Qarabağı tərk etmiş erməniləri qanunsuz silahları təhvil verməyə çağırıb

2024/08/Ekran-1723216137.jpg
Oxunub: 367     18:55     09 Avqust 2024    
Ermənistan polisi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz silahları təhvil verməyə çağırıb.

Ordu.az bu barədə "Sputnik-Armenia"ya istinadən xəbər verir.

Söhbət Qarabağ ermənilərinin özləri ilə gətirdikləri tüfənglər, qaz tapançaları və digər silahlardan gedir.

Silahların könüllü təhvil verildiyi halda, dövlət qeydiyyatına alındıqdan sonra həmin silahlara sahib olmaq üçün icazənin veriləcəyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah  


Bizi "telegram"da izləyin