HAMAS İsraildən FƏTH-in hərbi qanadının liderinin azad olunmasını tələb edib

2024/08/Ekran-1723215892.jpg
Oxunub: 388     18:15     09 Avqust 2024    
HAMAS İsraillə girov və məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq Fələstin Milli Qurtuluş Hərəkatınn (FƏTH) hərbi qanadının lideri Mərvan Barqutinin azad edilməsini tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

Məlumata görə, vasitəçilər və ABŞ da Barqutinin azad edilməsinə dəstək ifadə edir.

64 yaşlı Mərvan Barqutiyə həm İordan çayının qərb sahilində, həm də Qəzzada geniş dəstək var.

Qeyd edək ki, Fələstinin FƏTH hərəkatının silahlı qruplaşması olan Tənzim-in keçmiş lideri Barquti 2004-cü ildə İsrail məhkəməsi tərəfindən beş israillinin öldürülməsi və çoxlu sayda yaralanması ilə nəticələnən terror aktlarına görə beş məcmu ömürlük və 40 il həbs cəzasına məhkum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAMAS   İsrail   FƏTH  


Bizi "telegram"da izləyin