Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb

2024/08/1723205985.jpg
Oxunub: 455     16:16     09 Avqust 2024    
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini atəşə tutması nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, atəş nəticəsində 1000 kvadratmetr sahəsi olan ticarət mərkəzində baş verən yanğın söndürülüb. Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidməti, hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyir.

KİV-in məlumatına görə, hücum zamanı ağır artilleriyadan istifadə edilib. Həmçinin şəhərdəki “Novaya poçta”nın yük şöbəsi və supermarket də atəşə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Konstantinovka  


Bizi "telegram"da izləyin