Qazaxıstan Prezidenti Yaponiyanın Baş naziri ilə telefonla danışıb

2024/08/3a081-1723205155.jpg
Oxunub: 298     15:55     09 Avqust 2024    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Yaponiyanın Baş naziri Fumio Kişida arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, K.Tokayev bir gün əvvəl Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar ölkə xalqı ilə həmrəyliyini ifadə edərək ciddi fəsadlarla nəticələnməyəcəyinə ümidvar olduğunu deyib.

Fumio Kişida da öz növbəsində I Mərkəzi Asiya+Yaponiya Dialoq Sammitində iştirak etmək üçün Qazaxıstana nəzərdə tutulan rəsmi səfərinin təxirə salınması ilə bağlı qərarın qəbul edildiyini təəssüflə diqqətə çatdırıb.

Tərəflər Qazaxıstan-Yaponiya əlaqələrinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin regionlararası əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Yaponiya  


Bizi "telegram"da izləyin