Ordu.az xəbər verir ki, Mezzanatto potensial sövdələşmənin təxminən 40-50 təyyarəni əhatə edə biləcəyini deyib.
Lakin hazırda Türkiyəyə mümkün satış əngəllə üzləşir.
Mezzanatto Almaniyanın Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz axtarma fəaliyyətləri ilə bağlı narahatlığına görə potensial razılaşmanın qarşısını aldığını bildirib.
Türkiyənin marağı “Eurofighter” konsorsiumunun satışlarının güclü olduğu dövrə təsadüf edir.
Mezzanatto İspaniya, Almaniya və İtaliyadan ümumilikdə 69 təyyarə üçün son sifarişlərə istinad edərək, 2 il ərzində 150-200 yeni “Eurofighter” satılacağı ilə bağlı proqnozunu təsdiqləyib.
O, həmçinin Səudiyyə Ərəbistanına potensial satışlar və Polşada aktiv satış kampaniyası haqqında danışıb.
Sevinc Əliyeva
Ordu.az