Ordu.az xəbər verir ki, bunu İtaliya müdafiə qrupu “Leonardo”nun Baş direktoru Roberto Çinqolani “Farnborough” aviasərgisində “Financial Times”a verdiyi açıqlamada deyib.
“Leonardo”nun Baş direktoru Böyük Britaniyanın öhdəliklərini azaltmaq qərarına gələcəyi təqdirdə Səudiyyə Ərəbistanının qabaqcıl döyüş təyyarəsi yaratmaq üçün üç dövlət layihəsinə qoşulmasına açıq olacağını deyib.
Çinqolani xüsusilə Böyük Britaniyanın Leyboristlər hökumətinin müdafiə xərclərini nəzərdən keçirməsindən sonra resursların yenidən bölüşdürülməsi halında şəxsən buna çox açıq olacağını bildirib.
“Dördüncü tərəfdaşın olması konsorsium üçün çox uyğun ola bilər və bu halda bu, əlbəttə ki, Səudiyyə Ərəbistanı ola bilər”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az