Ordu.az xəbər verir ki, “Intermarine” və “Leonardo” Müvəqqəti Şirkətlər Qrupu vasitəsilə Müdafiə Baş Katibliyinin Dəniz Silahları İdarəsi və Milli Silahlanma İdarəsi ilə 1,6 milyard avro dəyərində 5 yeni mina darama gəmisinin tədarükü üçün müqavilə imzalayıb.
“Intermarine” İtaliyanın şimal-qərbindəki “Sarzana” gəmiqayırma zavodunda gəminin inşasını öz üzərinə götürərkən, “Leonardo” elektronika, sensorlar və “Athena” döyüş sistemini (SADOC versiya 4) təmin edəcək.
“Intermarine” 1,165 milyard avro, “Leonardo” isə 430 milyon avro alacaq.
NGM/C (New Generation Minehunters/Coastal) sualtı partlayışlardan yaranan şoku udan, aşağı maqnit və akustik "ayaq izi"nə sahib olan ağır zirehli gəmilər olacaq.
Sevinc Əliyeva
Ordu.az