Filippin Cənubi Koreyanın KF-21 döyüş təyyarəsi haqqında məlumat istəyib

2024/08/2024--1723188409.jpg
Oxunub: 299     12:10     13 Avqust 2024    
“Korea Aerospace Industries” (KAI) şirkətinin istehsal etdiyi KF-21 qırıcısı Filippində uzun müddətdir davam edən rəqabətə qatılmağa hazır görünür.

Ordu.az xəbər verir ki, KAI-nin beynəlxalq biznesin inkişafı üzrə vitse-prezidenti Şin Donq Hak Manilanın iki mühərrikli təyyarə haqqında məlumat tələb etdiyini və KAI-nin cavab hazırladığını deyib.

“KF-21 haqqında RFI yayımladılar və biz hazırda cavabımızı hazırlayırıq”, - deyə Şin qeyd edib.

Manilanın Çoxməqsədli Döyüş Təyyarəsi (MRF) tenderi “Lockheed Martin F-16” və “Saab Gripen” olmaqla, 2 təyyarənin rəqabət aparmasıyla bir neçə ildir davam edir.

Filippin artıq KAI üçün mühüm bazardır, 12 ədəd FA-50 təyyarəsindən istifadə edir və daha 12 ədəd almaq niyyətindədir.

Şin əlavə edib ki, KAI KF-21 ilə bağlı Yaxın Şərqdəki bir ölkə ilə çox dərin müzakirələr aparıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin