“Demarkasiya ciddi nəticələrə səbəb olacaq və heç bir şəkildə sülhün bərqərar olmasına kömək etməyəcək” - Karapetyan

2024/08/1723187502.jpg
Oxunub: 410     19:11     09 Avqust 2024    
“Əvvəldən bildirmişdim ki, Tavus vilayətində həyata keçirilən sərhədin demarkasiyası ciddi nəticələrə səbəb olacaq və heç bir şəkildə sülhün bərqərar olmasına kömək etməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, ölkənin keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan deyib.

Karapetyan, həmçinin aydın və davamlı sülh sazişi imzalanana qədər sərhəd bölgəsini minalardan təmizləməkdən çəkinməyə çağırıb.

O qeyd edib ki, silahlı qüvvələr minalardan təmizləməni yüksək hərbi rütbəyə sahib şəxsin əmri ilə həyata keçirib.

“Əminəm ki, sərhədin demarkasiyası prosesi Ermənistan üçün yeni problemlər yaradacaq, Paşinyanla isə heç kimin sülh sazişi imzalamaq niyyəti yoxdur”, - deyə Karapetyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Demarkasiya  


Bizi "telegram"da izləyin