Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, çoxları son iki ayda baş verən qəribə təzahürlərə diqqət yetiriblər.
“Hökumət nümayəndələrinin bəziləri xaricdə və ya Ermənistan ərazisində dincəlirlər, digərləri isə vətəndaşlarla fəal görüşlər keçirirlər. Sonra yerlərini dəyişirlər. Hətta administrasiya rəhbəri Nikol Paşinyan bir aylıq məzuniyyətdə Ermənistan ərazisinə bir neçə dəfə səfər edib, müxtəlif qruplar və vətəndaşlarla görüşüb, onların problemlərindən narahat olduğunu nümayiş etdirib. Paşinyanın partiyasındakı mənbəmizin sözlərinə görə, iyunda hakimiyyət həm Milli Təhlükəsizlik Xidmətinə, həm də iki ciddi beynəlxalq struktura qapalı sorğu sifarişi verib, bunların nəticələri isə hakimiyyəti çaxnaşmaya salıb. Ən yaxşı halda, hətta inzibati resurslardan tam istifadə etməklə belə, seçkilər bu bazar günü keçirilsə, Paşinyan 15 faiz səs toplaya biləcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az