Erməni ictimai xadim:"Şimal-Cənub layihəsində Azərbaycanın adekvat rolu olacaq"

2024/08/24079-1723187290.jpg
Oxunub: 410     12:41     10 Avqust 2024    
“Zəngəzur dəhlizi məsələsinin Ermənistan-Azərbaycan sülh müqaviləsinə daxil edilməməsi qərarı Cənubi Qafqazdan keçən Şimal-Cənub və Şərq-Qərb layihələrinin perspektivlərini müəyyən qədər aydınlaşdırır”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Qaqik Minasyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, kollektiv Qərb Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan (Orta Dəhliz), Rusiya və İran vasitəsilə Avropaya birləşdirən Şərq-Qərb layihəsinin ikinci və üçüncü variantına, Rusiya və İran isə birinci varianta qarşıdır.

“Rusiya və İran nöqteyi-nəzərindən Zəngəzur dəhlizi layihəsinin qeyri-müəyyən müddətə təxirə salınması əlverişlidir, çünki Orta Dəhlizin həyata keçirilməsi üçün iki imkandan biri aradan qalxır və yalnız Azərbaycan-Gürcüstan marşrutu qalır. Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərindən sonra Gürcüstan-kollektiv Qərb soyuq və Gürcüstan-Rusiya loyal münasibətləri saxlanılsa, çox güman ki, Orta Dəhliz ideyası reallaşmayacaq, layihənin Rusiya və/və ya İran ərazisindən keçən variantlarının ehtimalı artacaq. İlham Əliyev bu hadisələrdən ən azı apreldə Putinlə Moskva görüşlərindən xəbərdar olmalı idi. Orta Dəhliz ideyasının ləğvi müqabilində böyük ehtimalla İlham Əliyev Rusiya və İrandan zəmanətlər almış olmalıdır ki, Rusiyanı İrana birləşdirən Şimal-Cənub layihəsində Azərbaycanın adekvat rolu olacaq və nəhayət, Azərbaycanı İrana birləşdirən Rəşt-Astara dəmir yolu çəkiləcək. Yaxın vaxtlarda Rusiyanı İrana birləşdirən Şimal-Cənub layihəsinin dörd variantının (Gürcüstan-Ermənistan, Azərbaycan, Xəzər dənizi, Qazaxıstan-Türkmənistan) benefisiarları arasında ciddi rəqabət olacaq. Bir çox hallarda olduğu kimi, Ermənistanın bu məsələdə də uğur qazanmaq şansı hakimiyyət dəyişikliyidir”, - deyə Minasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   İran   Putin  


Bizi "telegram"da izləyin