Erməni politoloq: “Türkmənçay sülh müqaviləsindən əvvəl bu torpaqlar kimə məxsus idi?”

2024/08/1723187061.jpg
Oxunub: 511     12:03     10 Avqust 2024    
“Keçmişə nəzarət edən gələcəyə nəzarət edir. İndiyə nəzarət edən keçmişə nəzarət edir.” Ermənistan hakimiyyətinin nümayəndələri bu Oruell formulunu çox yaxşı öyrəniblər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib.

O qeyd edib ki, siyasi idarəçilikdə bu prinsipin təzahürü Ermənistanın təhsil sistemində, daha dəqiq deyilsə, 8-ci sinif tarix dərsliyində dəyişikliklər edilməsidir.

“Bu ərazilərin 1828-ci ildə Rusiyaya birləşdirildiyini bildirən dərslik. Fəth və ya ilhaq bir ölkənin və ya onun bir hissəsinin zorla başqa bir ölkəyə birləşdirilməsidir. Bəs 1828-ci ilə qədər, Türkmənçay sülh müqaviləsindən əvvəl bu torpaqlar kimə (İrəvan xanlığı-red.) məxsus idi? Bunlara o illərdə türk sülaləsinin rəhbərlik etdiyi İran (Qacarlar-red.) nəzarət edirdi”, - deyə Matevosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkmənçay  


Bizi "telegram"da izləyin