Ordu.az xəbər verir ki, daha az yanacaq sərfiyyatı və uzun iqtisadi ömrü ilə diqqət çəkən “Gürhan” EFES 2024 təlimində nümayiş olunub.
Uzun illərdir Türk Silahlı Qüvvələrinin inventarında olan və quru qüvvələrinin vurucu qüvvəsini təşkil edən “Fırtına” haubitsaları MKE A.Ş. və “Anzatsan Mühendislik A.Ş.” tərəfindən aparılan işlərdən sonra hibrid güc qrupu ilə təchiz edilərək, EFES 2024 təlimində nümayiş olunub.
Dizel güc qrupundan hibrid güc qrupuna çevrildikdən sonra dizayn yoxlama sınaqlarını müvəffəqiyyətlə tamamlayan “Gürhan” 23-25 iyul tarixləri arasında Konya Karapınarda həyata keçirilən işləmə və atış ssenarilərində yüksək təzyiq və maksimum mənzil sınaq atışlarını da uğurla tamamlayıb.
Sevinc Əliyeva
Ordu.az