Ordu.az xəbər verir ki, İndoneziya Hərbi Hava Qüvvələri (HHQ) Türkiyədən “Bayraktar TB2” zərbə PUA-sı alacağını açıqlayıb.
Məlumatı İndoneziya HHQ-nin komandanı Məhəmməd Toni açıqlayıb.
Toni Türkiyə istehsalı olan zərbə PUA-larının yüksək keyfiyyətinə, xüsusilə müşahidə və kəşfiyyat əməliyyatlarında effektivliyinə diqqət çəkib.
İndoneziyanın daha əvvəl Türkiyədən “Bayraktar TB2” və “Anka” zərbə PUA-ları aldığı məlum idi.
İndoneziya Hərbi Dəniz Qüvvələri admiralı Məhəmməd Əli isə Türkiyədən “Akıncı” zərbə PUA-sı alınmasını təklif etdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az