“Azərbaycan SQ bütün arsenalı ilə Ermənistandan yarana biləcək mümkün təhlükələri zərərsizləşdirməyə hazırdır” - Qazaryan

2024/08/1723183328.jpg
Oxunub: 540     17:35     09 Avqust 2024    
“Ermənistan xarici işlər naziri noyabrda mümkün hərbi əməliyyatlar barədə məlumat verib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.

Onun sözlərinə görə, geosiyasi təhlillər belə qənaətə gəlməyə imkan verir ki, bu, bəlkə də Ermənistan xarici işlər nazirinin söylədiyi nadir həqiqətlərdən biridir, çünki bu, onun fikri deyil, rəsmi görüşlərindən eşitdikləridir, ona görə ki, bu təhdidlər hər tərəfdən eşidilir.

“Türkiyə-Azərbaycan hərbi təlimləri plana uyğun olaraq mütəmadi olaraq davam edir. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri bütün arsenalı ilə Ermənistandan yarana biləcək mümkün təhlükələri zərərsizləşdirməyə hazırdır. Yəni təhlükələr son dərəcə açıqdır, Ermənistan rəsmiləri sadəcə olaraq teatr tamaşaları ilə insanların əhval-ruhiyyəsini dağıtmağa çalışırlar”, - deyə Qazaryan qeyd edib.

Qazaryan bildirib ki, Paşinyanın arvadı Anna Hakopyanın yediyi yemək nə qədər “sülh süfrəsi” adlandırılsa da, sülh yaratmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   SQ   Ermənistan  


Bizi "telegram"da izləyin