Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.
Onun sözlərinə görə, heç kim Ermənistan hakimiyyətinin nümayəndələrinə inanmır.
“Bu hakimiyyətin nümayəndələrinin sözlərinə görə, bizdə kadastr sertifikatı yoxdur və onlar Ermənistanın dünyada tanınması üçün fəal səy göstərirlər. Bu, dəlilikdir. Ermənistan tanınmış dövlətdir”, - deyə Danielyan vurğulayıb.
Danielyan əlavə edib ki, region qaynayır, genişmiqyaslı müharibələr mümkündür, Ermənistan hakimiyyəti isə xoşbəxt günlər keçirməklə məşğuldur.
Alpər Mövludoğlu
Ordu.az