Erməni ekspert: “Bu, sülh müqaviləsi olmayacaq, gələcək müqavilənin əsas prinsiplərinin qeyd olunacağı aralıq saziş olacaq”

2024/08/1723183075.jpg
Oxunub: 442     10:37     10 Avqust 2024    
“İndi bütün səylər noyabra qədər sazişin imzalanmasına yönəlib”.

Ordu.az xəbər verir ki, Ermənistanın APRI tədqiqat mərkəzinin eksperti, erməni tarix elmləri namizədi, beynəlxalq məsələlər üzrə ekspert Sergey Melkonyan deyib.

Onun sözlərinə görə, bu, sülh müqaviləsi olmayacaq, gələcək müqavilənin əsas prinsiplərinin qeyd olunacağı aralıq saziş olacaq.

“Aralıq sazişdə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyacaq və söz verəcək ki, onlar öz siyasətlərini beynəlxalq hüquq prinsipləri əsasında aparacaqlar, güc təhdidi olmayacaq. Danışıqları davam etdirmək üçün xoş niyyətli olduqlarını göstərəcəklər və s. Hər kəs həyəcanlı vəziyyətdə yaşayır. Söhbət təkcə Yaxın Şərqdən yox, həm də regionumuzdan gedir, çünki işlər sürətlə gedir, qərar vermə prosesi çox qısadır”, - deyə Melkonyan qeyd edib.

Melkonyan bildirib ki, 1 saat ərzində qərar vermək zərurəti yarana bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   APRI  


Bizi "telegram"da izləyin