Britaniyanın nüvə sualtı qayıqları üçün proqram təminatının belaruslu mühəndislər tərəfindən hazırlandığı ortaya çıxıb

2024/08/2024--1723181550.jpg
Oxunub: 463     13:17     10 Avqust 2024    
“The Telegraph” Britaniyanın nüvə sualtı qayıq mühəndislərinin Müdafiə Nazirliyinin qaydalarını pozaraq, Rusiya və Belarusda hazırlanmış proqram təminatından istifadə etdiyini üzə çıxarıb.

Ordu.az xəbər verir ki, proqram təminatının Böyük Britaniyada yerləşən, təhlükəsizlik rəsmiləşdirilməsinə malik işçilər tərəfindən yaradılması nəzərdə tutulsa da, onun dizaynı qismən Sibir və Belarusun paytaxtı Minskdəki tərtibatçılara həvalə edilib.

Ehtimal olunur ki, Rusiya və Belarus tərtibatçıları tərəfindən yaradılan kod Britaniya sualtı qayıqlarının yerini aşkar etmək üçün istifadə oluna bilər.

“The Telegraph” qeyd edir ki, Müdafiə Nazirliyi təhlükəsizlik pozuntusunu Böyük Britaniyanın müdafiəsi üçün ciddi təhlükə kimi qiymətləndirib və araşdırmaya başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Nüvə  


Bizi "telegram"da izləyin