Ordu.az xəbər verir ki, Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış Cənubi Koreyanın satın alması üçün tövsiyə etdikləri Polşa silahlarının siyahısını açıqlayıb.
Siyahı aşağıdakı kimidir:
RAK özüyeriyən minaatanı,
“Borsuk” zirehli döyüş vasitəsi,
Passiv radar sistemləri,
“Baobab-K” mina döşəmə vasitəsi,
“FlyEye” Pilotsuz Uçuş Aparatı (PUA),
“Gladius” PUA-sı.
Polşa hökumətinin yüksək rütbəli məmuru ilk dəfə olaraq Cənubi Koreya ilə silahlar üçün bir “offset” ticarət anlaşmasının mümkünlüyünü rəsmi şəkildə qeyd edib.
Sevinc Əliyeva
Ordu.az