Ordu.az xəbər verir ki, hökumətin Bolqarıstan parlamentinə təqdim etdiyi qanun layihəsi 1 IRIS-T SLM batareyasının və 1 IRIS-T SLX batareyasının alınmasını, 5-ə qədər əlavə batareya almaq imkanını ehtiva edir.
IRIS-T SLM Almaniyanın “Diehl Defense” şirkəti tərəfindən dizayn və istehsal edilmiş IRIS-T SL HHM raket sisteminin orta mənzilli versiyasıdır.
İlk dəfə 2007-ci ildə hazırlanmış və 2014-cü ilin yanvarında sınaqdan keçirilmiş sistem 2015-ci ilin yanvarında öz kvalifikasiyasını tamamlayıb.
Sevinc Əliyeva
Ordu.az