Türkiyə terrorçuların təxribatının qarşısını alıb, xeyli silah-sursat ələ keçirilib

2024/08/ds-1723180544.jpg
Oxunub: 308     09:13     09 Avqust 2024    
Türkiyə polisi PKK terror qruplaşmasının üzvlərinin yay aylarında təxribat törətmək məqsədilə silah-sursat gizlətdikləri mağara və sığınacaqlarda “Gürz-5” əməliyyatı keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 76 mağara və sığınacaqda həyata keçirilən əməliyyat nəticəsində 102 raket, 132 minaatan və qumbaraatan sursatı, 191 RPG-7 reaktiv yaylım atəşi sursatları və yanacaq patronu, 165 əl qumbarası, 22 əldəqayırma partlayıcı, 55 pulemyot zenit raketinin sursatları, 17 AKM avtomatı, 5 snayper tüfəngi, 3️ RPG-7 raket qurğuları, 191 RPG-7 reaktiv yaylım atəşi sursatları, 2 min 604 mexaniki/elektrik qoruyucu, 1 dron və onun hissələri, 2️22 reaktiv yaylım atəşi başlığına qoşulmuş Pilotsuz Uçuş Aparatı (PUA), 1 gecə görmə eynəyi, 37 kiloqram partlayıcı maddə, və elektron cihazlar və digər növ silah-sursatlar ələ keçirilib.

Nazir qeyd edib ki, Türkiyə hüquq-mühafizə orqanları terrorçulara qarşı mübarizəni əzmlə davam etdirir: “Son terrorçu zərərsizləşdirilənədək əməliyyatlarımız davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror  


Bizi "telegram"da izləyin