ABŞ husilərə məxsus raket, dron və idarəetmə stansiyasını məhv etdiyini açıqlayıb

2024/08/1723179866.jpg
Oxunub: 239     06:55     09 Avqust 2024    
ABŞ hərbçiləri Yəməndə husilərə məxsus ərazilərdə iki raketi və idarəetmə stansiyasını məhv edib. Həmçinin ABŞ qüvvələri Qırmızı dənizdə yaraqlıların bir suüstü dronunu zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, bu əməliyyatlar 8 avqust tarixində həyata keçirilib. Qeyd olunub ki, USCENTCOM “İranın dəstəklədiyi husilərə məxsus iki gəmi əleyhinə qanadlı raketi” və Yəməndə yerləşən bir yerüstü idarəetmə stansiyasını “uğurla məhv edib”.

Bundan əlavə, ABŞ hərbi qurumu Qırmızı dənizdə husilərə məxsus bir ekipajsız suüstü gəminin məhv edildiyini bildirib.

“Bu silahlar ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün aşkar və birbaşa təhlükə yaradıb”, – Mərkəzi Komandanlıq görülən tədbirləri vurğulayıb.

Həmçinin Amerika tərəfi qeyd edib ki, “İranın dəstəklədiyi husilərın bu məsuliyyətsiz və təhlükəli davranışı regional sabitlik və təhlükəsizliyi təhdid etməyə davam edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin