Ordu.az xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq mətbuat konfransında Qəzzada humanitar vəziyyətlə bağlı son hadisələri jurnalistlərlə bölüşüb.
"BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bildirir ki, bu sahədəki tərəfdaşlarımız minlərlə insanın qərbə, Əl Məvasiyə doğru qaçdığını müşahidə ediblər", - deyəo bildirib.
İsrail ordusunun bu gün səhər saatlarında yeni təxliyə əmri verdiyini xatırladan Haq, ilkin hesablamalara görə, 30-dan çox məhəllənin olduğu bölgədə 15 min 500-dən çox insanın zərər çəkdiyini bildirib.
Ordu.az