İsrail avqustun 15-də Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək

2024/08/1723179358.jpg
Oxunub: 237     03:45     09 Avqust 2024    
İsrail ABŞ, Qətər və Misirin təklifinə uyğun olaraq avqustun 15-də Qəzza razılaşması ilə bağlı danışıqlara bir nümayəndə heyəti göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. Danışıqların yeri isə daha sonra müəyyən ediləcək.

“ABŞ və vasitəçilərin təklifi ilə İsrail avqustun 15-də sazişin icrasının təfərrüatlarını razılaşdırmaq üçün yeri daha sonra müəyyən ediləcək danışıqlara nümayəndə heyəti göndərəcək”, - deyə baş nazirin ofisinin məlumatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin