ABŞ atəşkəsin birinci mərhələsindən sonra İsrailə əməliyyat üçün icazə verməyəcək

2024/08/1723178877.jpg
Oxunub: 191     23:24     08 Avqust 2024    
Dövlət Departamenti Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Vaşinqtonun İsrailin istənilən növ hərbi əməliyyat keçirməsinə icazə verməyə hazır olması ilə bağlı iddiaları rədd edib.

Ordu.az xəbər verir ki, gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandıran Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu məsələyə aydınlıq gətirib.

O danışıqların birinci mərhələsindən sonra Vaşinqtonun İsrailin hər hansı bir əməliyyat keçirməsinə icazə verməyə hazır olması ilə bağlı fikirlərin həqiqəti əks etdirmədiyini deyib.

"Mən bunun nə ilə bağlı olduğunu bilmirəm. Biz sazişin şərtləri haqqında dəfələrlə danışmışıq və bu şərtlər saziş bağlandıqdan sonra altı həftə ərzində atəşkəs əldə etməyi nəzərdə tutur. Altı həftəlik atəşkəs bitməzdən əvvəl biz onun uzadılması və sövdələşmənin ikinci mərhələsinə keçilməsi üçün çalışacağıq.”, - deyə o, bildirib.

Onun sözlərinə görə, ABŞ atəşkəs rejiminin uzadılmasını və nəticədə münaqişəyə son qoyulmasını istədiyini açıq şəkildə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin