Bolqarıstan parlamenti hava məkanının qorunmasına dair Türkiyə ilə memorandumu təsdiqləyib

2024/08/34604-1723135707.jpg
Oxunub: 394     20:32     08 Avqust 2024    
Bolqarıstan parlamenti səs çoxluğu ilə Türkiyə ilə dövlətlərin hava məkanının birgə qorunması haqqında memorandumu ratifikasiya edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin müdafiə naziri Atanas Zapryanov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan sazişi NATO ölkələrinin ümumi hava məkanına əhəmiyyət verməsi səbəbindən imzalayıb.

“Söhbət müdafiəyönümlü addımlardan getmir, söhbət növbətçi təyyarələr tərəfindən həyata keçirilən dinc dövrün əməliyyatlarından gedir”, - o deyib.

Qeyd olunur ki, sənəd iki ölkənin hava məkanında transsərhəd hava polisi əməliyyatlarının aparılmasının əsas prinsiplərini, prosedurlarını və şərtlərini tənzimləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Türkiyə  


Bizi "telegram"da izləyin