Ordu.az "Times of Israel"ə istinadən xəbər verir ki, İsrailin Norveç diplomatlarının diplomatik statusunu ləğv etmək qərarına etiraz etmək üçün İsrail səfirliyinin rəsmisi XİN-ə çağırılıb.
Norveç XİN bildirib ki, xarici işlər naziri Espen Barth Eide israilli diplomatla görüşüb və İsrail XİN-in norveçli diplomatlarla bağlı qərarına etirazı onun diqqətinə çatdırıb.
Qeyd olunub ki, hazırda Norveç hökuməti İsrailin qərarına qarşı necə cavab verməyi nəzərdə keçirir.
Ordu.az