Ermənistanda keçmiş nazirin ölkədən çıxışına icazə verilməyib

2022/10/34709-1665573164.jpg
Oxunub: 353     16:03     08 Avqust 2024    
Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın ölkədən çıxışına icazə verilməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, oğlu ilə birlikdə ABŞ-yə getmək istəyən eks-nazir hava limanından geri qaytarılıb. Buna səbəb kimi məhkəmənin onun Ermənistanı tərk etməsinə qoyduğu qadağa göstərilib.

Qeyd edək ki, fevralın 14-də işdən çıxarılan V. Kerobyan dövlət tenderinin keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kerobyan   Ermənistan  


Bizi "telegram"da izləyin