TEI-nin yerli PD-170 mühərriki 4 ölkəyə ixrac edilib

2024/08/2024--1723106431.jpg
Oxunub: 443     20:39     09 Avqust 2024    
Türkiyə müdafiə sənayesinin önəmli aktorlarından olan “TUSAŞ Motor Sanayii” (TEI) şirkətinin Baş direktoru Mahmut Akşit şirkətin istehsal etdiyi PD-170 mühərrikinin uğurlarını və gələcək planlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, Akşit yerli istehsal olan mühərrikin Türkiyənin “Anka”, “Aksungur” və “Bayraktar TB3” kimi aparıcı Pilotsuz Uçuş Aparatlarının (PUA) enerji mənbəyi olduğunu vurğulayıb.

“PD-170 mühərrikimiz həm “Anka”, həm “Aksungur”, həm də “Bayraktar TB3”ə güc verməyə və rekordlar qırmağa davam edir”, - deyə o qeyd edib.

Akşit mühərrikin yanacaq səmərəliliyi baxımından da iddialı olduğunu bildirib.

“Bizim mühərrikimiz öz sinfində ən az yanacaq sərf edən mühərrikdir”, - deyə o vurğulayıb.

TEI-nin PD-170 mühərriki təkcə yerli deyil, beynəlxalq arenada da diqqəti cəlb edir.

Mühərrikin xaricdən gördüyü marağa toxunan Akşit əlavə edib: “İkinci sifarişimizi aldıq. Mühərriklərin tədarükü bu il həyata keçiriləcək. Bu arada üçüncü müştərimiz sifariş mərhələsindədir. Aviasiya sərgisində də dördüncü müştəri gəldi”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEI   PD-170   Türkiyə  


Bizi "telegram"da izləyin