ABŞ-nin hava hücumları üçün İsrailə yarım ton ağırlığındakı MK-83 bombaları göndərəcəyi iddia edilib

2024/08/2024--1723106359.jpg
Oxunub: 332     14:45     09 Avqust 2024    
ABŞ rəhbərliyinin hava hücumlarında istifadə etmək üçün İsrailə yarım ton ağırlığında MK-83 bombalarının göndərilməsinə icazə verdiyi iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, iyulun sonunda ABŞ-yə səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu Livan “Hizbullahı” ilə şimal sərhədində gərginliyin artacağı təqdirdə ABŞ prezidenti Co Baydendən daha ağır bombalar göndərməsini istəyib.

Xəbərdə Baydenin döyüş təyyarələrində istifadə edilən yarım tonluq MK-83 bombalarını göndərməyə qərar verdiyi iddia edilərkən, Vaşinqtonun bir tonluq MK-84-ün transferini qəbul edib-etmədiyi hələ məlum deyil.

Təsdiqləndiyi bildirilən yarım tonluq bombaların gəmiyə yükləndikdən sonra Bayden rəhbərliyi tərəfindən daşınması dayandırılan təxminən 1700 ədəd 250 kiloqramlıq MK-82 bombası ilə birlikdə İsrailə çatdırılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin