Cənubi Koreya nüvə sualtı qayıqları üçün hərəkətə keçib

2024/08/2024--1723106302.jpg
Oxunub: 421     00:07     09 Avqust 2024    
Cənubi Koreyanın Roh Moo-hyun administrasiyasından bəri hədəflədiyi nüvə enerjili sualtı qayıqlar əldə etməyə yaxın olduğu bildirilir.

Ordu.az xəbər verir ki, əvvəlki cəhdlər müttəfiq ABŞ-nin dəstəyinin olmaması və nüvə silahı üçün uran əldə etməkdə çətinliklər üzündən uğursuzluğa düçar olub.

İndi isə nüvə sualtı qayıqlarının mühərrikləri olan kiçik nüvə reaktorlarının hazırlanması üçün gələn il quruda sınaq qurğusunun yaradılması planlaşdırılır.

Hökumət 2021-ci ildə bu obyektin mülki gəmilər üçün kiçik nüvə reaktorları hazırlayacağını elan edib. İndi belə görünür ki, hərbi rəsmilər və müdafiə şirkətləri də nüvə sualtı qayıqlarının inkişafı üzərində çalışırlar.

Hökumətə yaxın mənbə bildirib ki, kiçik nüvə reaktorları üçün quru sınaq meydançası “Munmu the Great” Tədqiqat İnstitutunda inşa ediləcək və reaktorun 2030-cu illərin əvvəllərində hazırlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Nüvə  


Bizi "telegram"da izləyin