Ordu.az xəbər verir ki, şirkət Türkiyə Silahlı Qüvvələrinin uzun illərdir istifadə etdiyi bu raketə paraşüt inteqrasiya edərək, çoxyönlü silah sistemi hazırlayıb.
Yeni inkişaf etdirilən Paraşütlü TR-122 Raketi artıq təkcə hədəfləri məhv etməyəcək. Raket siqnal pozma və ya görüntü toplama başlıqları ilə təchiz olunaraq, xüsusi tapşırıqlarda istifadə oluna biləcək.
Bu innovativ dizayn 36 kilometr diametrli ərazidə təsirli olmaq qabiliyyətinə malikdir.
Sistemin iş prinsipi olduqca diqqətəlayiqdir. Raketin ön hissəsi göstərilən hündürlüyə çatdıqda, mühərrik bölməsindən ayrılır.
Daha sonra onun daşıdığı faydalı yük paraşütün köməyi ilə hədəf əraziyə doğru süzülür. Bu yolla raket çox daha geniş istifadə sahəsi qazanır.
Sevinc Əliyeva
Ordu.az