“Hürjet”in yeni dayanacağı: Misir

2024/08/2024--1723106119.jpg
Oxunub: 412     10:09     09 Avqust 2024    
“Hürjet” 2024-cü il sentyabrın 3-5-də Əl-Ələmeyn Beynəlxalq Hava Limanında keçiriləcək Misir Beynəlxalq Aviasiya Sərgisində (EIAS) əhəmiyyətli bir çıxış etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, tək mühərrikli, tandem oturacaqlı təyyarə olaraq dizayn edilən “Hürjet” Türkiyə Hərbi Hava Qüvvələrində (HHQ) təlim üçün istifadə edilən köhnə T-38-ləri və akrobatika komandaları üçün istifadə edilən F-5-ləri əvəz etməyi hədəfləyir.

TUSAŞ Baş direktoru Mehmet Demiroğlu “Hürjet”in EIAS-da premyerasından duyduğu həyəcanı dilə gətirib.

“Bu tədbir “Hürjet”in imkanlarını nümayiş etdirmək və regionda potensial əməkdaşlıqları araşdırmaq üçün ideal fürsətdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2024-cü il aprelin 25-də ilk uçuşunda “Hürjet” 14.000 fut yüksəkliyə, 250 düyün sürətə çataraq və 26 dəqiqə havada qalaraq, tamaşaçıları heyran edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   TUSAŞ   Misir  


Bizi "telegram"da izləyin