Ordu.az xəbər verir ki, Akyol “Murad” AESA Burun Radarı ilə uçuş sınaqlarının davam etdiyini bildirib.
Eyni zamanda radarın istehsalına başlanılıb. Vacib funksiyaların əksəriyyəti sistemə daxil edilib. Hazırda əsas qalan vəzifələr sistemin optimallaşdırılması ilə bağlıdır.
Akyol “Murad” AESA Burun Radarının iki il ərzində döyüş təyyarələrində istifadə oluna biləcəyini təxmin edir. Bu zaman qrafiki son istifadəçi rəyinə və təcrübələrinə tabedir.
“Biz həmişə “Murad” AESA Burun Radarını ən azı analoqları ilə rəqabət aparacaq və yan-yana yerləşdirildikdə, daha yaxşı xüsusiyyətlərə malik olacaq şəkildə dizayn etməyi hədəfləyirik”, - deyə ASELSAN Baş direktoru vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az