ABŞ və Avstraliya birgə “PrSM” və GMLRS raket istehsalı planlarını tamamlayır

2024/08/2024--1723105848.jpg
Oxunub: 410     18:29     08 Avqust 2024    
Avstraliyanın müdafiə naziri Riçard Marles, ABŞ dövlət katibi Entoni Blinken və Avstraliyanın xarici işlər naziri Penni Vonqun qatıldığı 34-cü Avstraliya-ABŞ Nazirlər Məsləhətləşmələri (AUSMIN) çərçivəsində keçirilən mətbuat konfransında ABŞ-nin müdafiə naziri Lloyd Ostin çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Birlikdə bu səylər gələcək onilliklər üçün lazım olan imkanlara və qabiliyyətlərə malik olmağımıza kömək edəcək. Birləşmiş Ştatlar, Avstraliya və regiondakı digər dostlarımız əvvəlkindən daha sıx və bacarıqlı işləyirlər”, - deyə Ostin qeyd edib.

Ostin bildirib ki, Vaşinqton və Kanberra müdafiə sənayesi sahəsində əməkdaşlığı ikiqat artırır və dekabr ayına qədər iki anlaşma memorandumunu yekunlaşdırmağa çalışır.

ABŞ-nin müdafiə naziri deyib ki, bunlardan birincisi ilk olaraq 2023-cü ildə qərar verilən bir təşəbbüs olan Yaylım Atəşli Reaktiv Sistemlərinin (GMRLS) 2025-ci ilə qədər Avstraliyada istehsal edilməsi planını rəsmiləşdirəcək.

Ostin qeyd edib ki, ikincisi isə “PrSM” kimi tanınan Dəqiq İdarəolunan Hücum raketinin birgə istehsalını, birgə saxlanmasını və birgə inkişaf etdirilməsini irəli aparacaq.

Xatırladaq ki, ABŞ və Avstraliya 2021-ci ilə qədər “PrSM” üzrə birgə işləmək qərarına gəliblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstraliya  


Bizi "telegram"da izləyin