Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu İraqda öldürülüb

2024/08/1723103108.jpg
Oxunub: 343     11:33     08 Avqust 2024    
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib, PKK/KCK terror qruplaşmasının üzvü Serdar Sönmez öldürülüb.

Ordu.az xəbər verir ki, onun kod adının “Eziz Qabar” olduğu bildirilir.

Məlumata görə, S.Sönmez Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribata hazırlaşırmış. Türkiyə kəşfiyyatı bunu öyrəndikdən sonra terrorçunu addım-addım izləyib və onu zərərsizləşdirib.

S.Sönmez 2014-cü ildə PKK/KCK terror qruplaşmasının sıralarına qoşulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MİT   İraq   Terror  


Bizi "telegram"da izləyin