Ordu.az xəbər verir ki, Hindistanın Müdafiə Araşdırma və İnkişaf Etdirmə Təşkilatına (DRDO) və “Bharat Dynamics Limited”ə (BDL) verilən icazə Hindistan HHQ-nin bütün Rusiya mənşəli uzun mənzilli “hava-hava” raketlərinin yerli həllər ilə əvəz edilməsində irəliyə doğru bir addımdır.
“Astra” raketi 2019-cu ildən xidmətdə olan və həm Hindistan HHQ, həm də Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən istifadə edilən, vizual məsafədən kənar müasir “hava-hava” raketidir.
Raket ailəsinə əməliyyata hazır “Astra Mk-1”, eləcə də sınaq və dizaynın müxtəlif mərhələlərində olan “Astra Mk-2”, “Mk-3” və “Astra-IR” daxildir.
Sevinc Əliyeva
Ordu.az