Ordu.az xəbər verir ki, iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran və İsrail arasında gərginləşən gərginlik fonunda ortaya çıxan bu xəbəri İran media mənbələri də təsdiqləyib.
Media mənbələrindən əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü də Rusiyadan tələb olunan S-400 “Triumf” yüksək hündürlükdə HHM sisteminin İrana gətirildiyini bildirib.
S-400 HHM sistemi ilə yanaşı, avqustun 5-də Rusiyanın İrana GT-01 “Murmansk-BN” radioelektron mübarizə sistemlərini də göndərdiyi qeyd edilib.
Hərbi analitiklər vurğulayırlar ki, İran ordusu İsrailin raket və hava hücumlarına qarşı bu iki sistemi almaq üçün hərəkətə keçib.
Rusiya HHM qoşunları Primorsk bölgəsində S-400 HHM raket sistemi ilə təlim fəaliyyətləri həyata keçirib.
Rusiyanın İrana göndərdiyi S-400 HHM sistemlərinin sayı hələlik sirr olaraq qalır, platformaların yerləşəcəyi bölgələr də məlum deyil.
Sevinc Əliyeva
Ordu.az