Ordu.az xəbər verir ki, təsdiqlənmiş NATO-Ukrayna İnnovasiya Əməkdaşlığı Yol Xəritəsi NATO və Ukrayna arasında əməkdaşlıq və innovasiya səylərini təkmilləşdirmək məqsədi daşıyır.
Müqavilə 5 təməl hədəfin əsas xətlərini müəyyən edir:
1. Ukraynanın təcili ehtiyaclarını innovativ həllərlə qarşılamağa kömək etmək,
2. Ukraynanın innovasiya sisteminin gücləndirilməsi və onun daha davamlı olması,
3. NATO və Ukraynanın innovasiya şəbəkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi,
4. Ukrayna texnologiyaları və taktikaları üzrə ən yaxşı təcrübələrin paylaşılması,
5. NATO-nun hərbi innovasiyasının və texnoloji dəyişikliyinin gücləndirilməsi.
Sevinc Əliyeva
Ordu.az