Ordu.az xəbər verir ki, Kokos adaları materik Avstraliyanın qərbində yerləşir və Çin neftinin daşınması üçün Hind okeanındakı tıxanma nöqtəsinə yaxındır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bu yaxınlarda dərc edilmiş hesabatına görə, ada Hind-Sakit okeanda Vaşinqtonun müdafiə mövqeyini yaxşılaşdırmağa kömək edəcək hərbi infrastruktura sahib ola bilər.
Bildirilir ki, bu infrastruktur Avstraliyanın şimalındakı RAAF Darvin bazasında yerləşdirilən ABŞ qüvvələrinə birbaşa dəstək verə bilər.
ABŞ ordusu öz hesabatında Kokos adaları ilə yanaşı, Filippin, Şərqi Timor və Papua-Yeni Qvineyanı da təşəbbüs çərçivəsində həyata keçirilməsi planlaşdırılan inşaat layihələri siyahısına daxil edib.
Sevinc Əliyeva
Ordu.az