Ordu.az xəbər verir ki, Misir Hərbi Hava Qüvvələrinin J-10C və J-31 döyüş təyyarələri üçün danışıqlar apardığı rəsmi mənbələr tərəfindən açıqlanıb.
Əlverişli qiyməti ilə seçilən J-10C ilə yanaşı, Misir İsrailin bölgədə aktiv şəkildə istifadə etdiyi F-35-lərə qarşı J-31 döyüş təyyarələri ilə də yaxından maraqlanır.
Misirin bu addımı Rusiya, ABŞ və Çin arasında artan gərginlik fonunda baş verib. Misir ordusu İsrail və ABŞ-nin yaxın hərbi əlaqələrinə cavab olaraq son illərdə Çinlə hərbi sərmayələrini artırıb.
Misir və Çin rəsmiləri arasında son danışıqlar və döyüş təyyarələrinin ötürülməsi məsələsi də vəziyyəti gücləndirir.
Bu günlərdə Misir Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Mahmud Fuad Abdel Qavad və onun çinli həmkarı general Çanq Dinqyu Pekində görüşərək, J-10C və J-31 döyüş təyyarələrinin mümkün transferini müzakirə ediblər.
Bu, Misir ordusunun Çin sistemlərinə ilk dəfə maraq göstərməsi deyil. Bundan əvvəl Misir HHQ Çindən H-6 bombardmançı təyyarəsi və J-6 döyüş təyyarələrini almağa cəhd edib.
Sevinc Əliyeva
Ordu.az