“Ermənistan həqiqətən də KTMT-dən çıxanda, Moskva tədbirlər görəcək” - Boqdan Bezpalko

2024/08/1723101343.jpg
Oxunub: 727     19:36     09 Avqust 2024    
Rusiyalı politoloq Boqdan Bezpalko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan dəfələrlə imtina etməsini şərh edib.

Ordu.az xəbər verir ki, ekspert KTMT-dən çıxmağın Ermənistanı hərbi iflasa aparacağını bildirib.

Bezpalko qeyd edib ki, əlbəttə, bu, Ermənistan-Rusiya münasibətlərinə ən yaxşı şəkildə təsir etməyəcək.

“Hələlik demək olar Ermənistan rəhbərliyi Qərbə doğru gedir, lakin o, hələ də Rusiyanın təsir dairəsindən çıxmayıb, Ermənistan KTMT-dən çıxmır. Amma təbii ki, bu cür addımlar Ermənistanı həmin təşkilatdan çıxmağa yaxınlaşdırır, digər təşkilatlardan olduğu kimi, Ermənistanı iqtisadi və hərbi məhvə aparacaq Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmanı nəzərdə tuturam. Bunun nə vaxt olacağını söyləmək çətindir. Ola bilər ki, Ermənistanda bu prosesləri dayandıracaq sağlam qüvvələr qalib gəlsin”, - deyə Bezpalko bildirib.

Rusiyanın reaksiyasından danışan ekspert hesab edir ki, Ermənistan həqiqətən də KTMT-dən çıxanda, Moskva tədbirlər görəcək.

“Rusiyanın reaksiyası təbii ki, təmkinlidir. Rusiya hansısa bəyanatla cavab verə bilər, təəssüfünü bildirə, Ermənistan rəhbərliyinin davranışından narazılığını diqqətlə bildirə, Ermənistanın belə addımlarla öz dövlətini fəsadlara, münaqişəyə, qarşıdurmaya apara biləcəyini, başqa dövlətlərin bundan istifadə edə biləcəyini deyə bilər. Amma daha çox Ermənistan son addımlar atanda, KTMT və AİB-dən çıxmaqla bağlı məktublar göndərəndə, Rusiya müəyyən tədbirlər görəcək. Bundan sonra, məsələn, avtomatik olaraq məhsul və əmək bazarlarının bağlanması baş verəcək. Ancaq bunlar gələcəyin məsələləridir. Formal qərarlar olmadığı müddətcə bütün bunlar Rusiya istiqamətinə tüpürmək səviyyəsində sillə kimi qəbul edilir”, - deyə rusiyalı politoloq sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Moskva  


Bizi "telegram"da izləyin