Ordu.az xəbər verir ki, Malayziya ordusu uzun illərdir istifadə etdiyi RPK-7 qumbaraatanlarını əvəz etmək üçün M72 LAW-EC (Light Anti-Tank Weapon) yüngül tank əleyhinə silahını seçdiyini və proqramın podratçılığını Norveçlə Finlandiyanın birgə təşkilatı “Nammo”nun üzərinə götürəcəyini bildirib.
Malayziya və “Nammo” arasındakı razılaşmaya əsasən, Skandinaviya şirkəti Malayziya ordusuna 800 ədəd M72 LAW-EC tədarük edəcək.
Hazırda Malayziya Müdafiə Nazirliyi ilə “Nammo” arasında müqavilənin dəyəri barədə məlumat olmasa da, M72 LAW-EC-nin orta vahid qiymətinin 1200 dollar olduğu məlumdur.
Sevinc Əliyeva
Ordu.az