Ordu.az xəbər verir ki, Britaniyada təşkil edilən “Farnborough Airshow”da “Kale Grubu” İdarə Heyətinin sədr müavini Osman Okyay milli imkanlarla inkişaf etdirilən raket mühərrikləri haqqında mühüm məlumatlar verib və jurnalistlərin suallarını cavablandırıb.
Okyay qeyd edib ki, onların mühərrikləri əslində qısa ömürlü raket mühərrikləridir.
“Bizim mühərriklərimiz əslində qısa ömürlü raket mühərrikləridir. Hal-hazırda gördüyümüz iş əhəmiyyətlidir, əslində, bu mühərrik layihələrini başlatdığımız zaman belə həmişə bunun vizyonuyla başlamışıq. Başqa sözlə desək, gələcəkdə bir gün bu mühərrikləri uzun ömürlü, çox dözümlü mühərriklərə çevirməli olduğumuz fikri ilə başladığımız üçün bütün mühərrik infrastrukturu buna uyğun dizayn edilib”, - deyə “Kale Grubu” İdarə Heyətinin sədr müavini vurğulayıb.
Okyay qeyd edib ki, beləliklə, bütün materiallar müvafiq olaraq seçilib.
“Mühərriklərimiz uzun müddət fəaliyyət göstərməyə hazırdır. Bəzi kiçik dəyişikliklərlə bu mühərriklərimizi reaktiv PUA-lar dediyimiz, reaktiv mühərrikli PUA-lar adlandıra biləcəyimiz siniflərə uyğunlaşdırırıq. Hazırda bu iş davam edir”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az