BMT: Kipr məsələsinin həlli istiqamətində növbəti addımlar təklif olunacaq

2021/08/LCR11-1628830551.jpg
Oxunub: 562     21:16     11 İyul 2024    
Kipr məsələsinin həlli istiqamətində növbəti addımlar təklif olunacaq.

Ordu.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, bölgədən səfərdən dönən BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Cuellar Kipr məsələsinin həlli istiqamətində xüsusi hesabat hazırlayıb:

"BMT Baş katibi Kiprdə irəliləyiş yolunda ümumi dil tapmaq səyləri üçün onun hesabatını alıb. Baş katib indi Kipr Rum və Kipr Türk liderlərinə növbəti addımlar təklif etmək üçün Angela Cuelların hesabatındakı tövsiyələri nəzərdən keçirir", - Dujarrik qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dujarrik   BMT   Kipr  


Bizi "telegram"da izləyin